BAKI, 5 noyabr. TELEQRAF
“Türkiyə ilə dialoqumuz kifayət qədər fəal və səmərəlidir. Bir sıra əməkdaşlıq istiqamətləri üzrə addımlar atılıb və bu fəaliyyət davam etdiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlament komilərinin birgə iclasında deyib.
“Bunlara tarixi “Ani” körpüsünün birgə bərpası, tələbələr üçün proqramlar, Ermənistan-Türkiyə biznes forumu daxildir. İlk forum Qarsda keçirilib, növbəti forumun isə gələn il Ermənistanda keçirilməsi nəzərdə tutulur.
Əvvəllər Ermənistanla Türkiyə arasında ticarət texniki baxımdan üçüncü ölkə vasitəsilə həyata keçirilirdi. Bu maneə aradan qaldırılıb. Hazırda gömrük baxımından ticarət birbaşa həyata keçirilir, coğrafi baxımdan isə hələ də Gürcüstan ərazisindən keçməklə reallaşdırılır.
Bəli, əldə olunan bütün irəliləyişlərə baxmayaraq, hazırda Ermənistan-Türkiyə sərhədi bağlı olaraq qalır. Amma proses yetişib: Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər”, - nazir qeyd edib.