BAKI, 4 noyabr. TELEQRAF
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması məsələsi gündəmdə deyil.
Teleqraf xəbər verir ki, bunu təşkilatın baş katibi Talatbek Masadıkov Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi Konfransı çərçivəsində bəyan edib.
O bildirib ki, İrəvan artıq üçüncü ildir KTMT-nin fəaliyyətində fəal iştirak etmsə də, nümayəndəsi daimi nümayəndələrin hər həftə keçirilən bütün müşavirələrinə qatılır.
Masadıkov qeyd edib ki, Rusiya Ermənistanla bağlı müəyyən təklif hazırlayıb və bu, KTMT-yə üzv ölkələrə təqdim olunacaq.
KTMT baş katibi əlavə edib ki, təşkilatda iştirak edib-etməmək barədə qərar Ermənistan hökumətinin və xalqının səlahiyyətindədir.
Məsələnin noyabrın 10-da keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacağı gözlənilir.