BAKI, 5 noyabr. TELEQRAF
“ABŞ-də keçirilən aralıq seçkilərində qalib gələn Demokratlar Partiyasının TRIPP (“Tramp marşrutu”) layihəsinin sürətlə həyata keçirilməsini istəməyəcəyini düşünmürəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan jurnalistlərə deyib.
Nazir Demokratlar Partiyasının qələbəsi ilə başa çatan ABŞ aralıq seçkilərinin nəticələrini şərh edərkən bildirib:
“Əminəm ki, ABŞ-Ermənistan münasibətlərində baş verənlər hər iki tərəf üçün faydalıdır”.
Mirzoyan gələn ilin noyabr ayında ABŞ ilə əməkdaşlıq nəticəsində əldə edilmiş yeni nailiyyətləri təqdim etmək fürsətinin olacağına ümid etdiyini qeyd edib.