BAKI, 5 noyabr. TELEQRAF

“Ermənistanın bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı heç bir marağı ola bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın baş katibi Talatbek Masadıkovun üzvlük haqqını ödəmədiyinə görə Rusiyanın İrəvanın KTMT-dən çıxarılması ilə bağlı layihə təqdim etməsi barədə bəyanatını şərh edərkən deyib.

“Artıq marağımız azalıb. Birdəfəlik bildirirəm: bundan sonra KTMT ilə bağlı heç bir marağımız yoxdur”, - Baş nazir qeyd edib.