BAKI, 5 noyabr. TELEQRAF
“Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq üçün rəsmi müraciət edə bilərik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində deyilik. AİB-dəki tərəfdaşlarımız da seçim etmək məsələsini gündəmə gətirirlər. Amma artıq bəyan etmişəm ki, hazırda referendumun predmeti ola biləcək hansısa məsələ mövcud deyil. Avropa İttifaqına üzvlüklə bağlı müəyyən prosedurlardan keçmək lazımdır”, - o qeyd edib.
Nikol Paşinyan bütün addımların 2027 və ya 2028-ci ildə Avropa İttifaqına üzvlük prosesinin tam şəkildə başlanması üçün rəsmi müraciət edilməsinə yönəldiyini vurğulayıb: “Xüsusilə də qüvvədə olan qanun varsa”.