Müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan bir ay müddətinə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İrəvanda gecə boyu davam edən məhkəmə prosesinin yekununda S.Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib.
Ermənistan İstintaq Komitəsinin müstəntiqləri dünən Samvel Karapetyanın və parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparıblar.
Qurumdan bildirilib ki, Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə Baş İdarəsində istintaqı aparılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar həyata keçirilib.
Samvel Karapetyan və daha 35 nəfər barəsində ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.
Şübhəlilər “özəl sektorda vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərlə əlaqədar təsirdən sui-istifadə”, “külli miqdarda əmlakın mənimsənilməsi” və “külli miqdarda çirkli pul vəsaitlərinin yuyulması” ittiham olunur.