BAKI, 3 iyun. TELEQRAF

META şirkəti koordinasiya edilmiş qeyri-müəyyən davranışlara qarşı siyasətini pozduğuna görə Feysbuk sosial şəbəkəsində 17 saxta hesab və 22 səhifəni və instaqramda 21 hesabı silib.

Teleqraf xəbər verir ki, bu barədə META-nın 2025-ci ilin birinci rübü üçün hazırladığı Təhdid Hesabatında bildirilib.

Hesabata görə, şəbəkə şəklində fəaliyyət göstərən hesab və səhifələr İranda yaradılıb, X, yutub və öz internet saytları da daxil olmaqla bir çox internet xidmətlərində Azərbaycan və Türkiyəni, həmçinin İranın özündə azərbaycandilli auditoriyanı hədəfə alıb.