TBİLİSİ, 12 aprel. TELEQRAF

“Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa və ümumi məsələlərlə bağlı müzakirələrə ehtiyac var. Tbilisi istənilən səviyyədə, istənilən mövzuda müzakirələrə dəstək verməyə hər zaman hazırdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumunda təşkil olunmuş “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” adlı panel müzakirəsində deyib.

Nazir bölgə ilə bağlı müzakirə olunu biləcək bir sıra məsələlərin olduğunu bildirib.

“Müzakirələr üçün ilk öncə siyasi iradə və niyyət tələb olunur. Bu, hər iki tərəfdə mövcdudur və biz bunu görürük. Dialoq üçün bu amillər əsas təşkil edir. Hesab edirik ki, biz də bu prosesin eyni səviyyədə bir hissəsiyik. Çünki regionda sülh, sabitlik, təhlükəsizlik və yaxşı əməkdaşlıq ümumi marağımızdır”,- XİN başçısı deyib.