BAKI, 21 aprel. TELEQRAF

“Naxçıvana dəmir yolu üçün Azərbaycanla texniki-iqtisadi əsaslandırma aparırıq”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos deyib.

“İrandakı müharibə vəziyyəti səbəbindən Cənub ticarət yolları artıq mövcud deyil. Buna görə də ən yaxşı seçim Orta Dəhlizdir. Biz də iştirak edirik. Bəli, Tramp da iştirak edir, Ermənistan ərazisindən keçən 42 kilometrlik dəhliz layihəsi (“Tramp Marşrutu” və ya Zəngəzur dəhlizi) var. Azərbaycanla işləyirik, Naxçıvana dəmir yolu üçün texniki-iqtisadi əsaslandırma aparırıq. Həmçinin Türkiyə ilə əlaqəni yaxşılaşdırmaq üçün danışıqlar gedir. Bu gündəm nəqliyyatdan daha çox şeydir, bura enerji və rəqəmsal infrastruktur da daxildir. Enerji xüsusilə vacibdir, çünki hazırda ciddi risklərlə üzləşirik”, - o vurğulayıb.