BAKI, 20 aprel. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə Ermənistan-NATO əməkdaşlığındakı mövcud proses və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.