BAKI, 21 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan bütün erməniləri katolikosu II Qaregin və komandasının erməni kilsəsini çirkləndirdiyini bildirib.
Teleqraf xəbər verir ki, baş nazir bu səbəbdən kilsə ilə xalq arasındakı əlaqənin getdikcə zəiflədiyini deyib.
“Ermənistanda dini həyatın məzmunu getdikcə zəifləyir. Kilsə dini təbliğatı bir kənara qoyaraq siyasi təbliğatla məşğuldur. Bizim müqəddəs Eçmiədzin çirklənib, zədələnib”, - Paşinyan vurğulayıb.