BAKI, 22 aprel. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ABŞ-nin İranla atəşkəs rejimini uzatmaq qərarını müsbət qiymətləndirib.
Teleqraf xəbər verir ki, Quterreş bildirib ki, Vaşinqtonun bu addımı gərginliyin azaldılması istiqamətində mühüm addımdır və diplomatik proseslər üçün imkan yaradır.
O, tərəfləri bu fürsətdən istifadə etməyə, atəşkəsi poza biləcək addımlardan çəkinməyə və dayanıqlı razılaşmanın əldə olunması üçün konstruktiv danışıqlara çağırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl "Truth Social" hesabında İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlamışdı.