BAKI, 22 aprel. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İslamabad şəhərinə İranla bağlı danışıqlar üçün planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Teleqraf xəbər verir ki, "Axios" nəşri yazır ki, Vens aprelin 22-də Ağ Evdə keçiriləcək əlavə siyasi müzakirələrdə iştirak edəcək.
Qeyd olunur ki, həmin iclaslarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner də iştirak edirlər. Onlar daha əvvəl Venslə birlikdə İslamabadda İran nümayəndələri ilə üzbəüz danışıqların ilk mərhələsində yer alıblar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Truth Social hesabında İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlamışdı.