BAKI, 21 aprel. TELEQRAF
ABŞ senatorları Cin Şahin və Tom Tillis "Meta" və "Alphabet" şirkətlərinə rəsmi məktub ünvanlayaraq, Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi barədə xəbərdarlıq ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Senatorlar bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir.
Məktubda bu seçkilərin regional sülh və "Tramp Marşrutu" layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb edilib.
Sözügedən platformalar ABŞ-nin yurisdiksiyasında olduğu üçün senatorlar hesab edirlər ki, şirkətlər Rusiyanın Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.