BAKI, 21 aprel. TELEQRAF
44 hüquqi şəxs tərəfindən (fermer) elektron qaimə-fakturalarla rəsmiləşdirilməmiş 3995,0 ton pambığın, 12033,5 ton ərzaqlıq buğdanın və 1585,3 ton şəkər çuğundurunun tədarükçülərə təqdim edilməsinə görə ümumilikdə 2118,7 min manat məbləğində məhsul subsidiyası verilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə görə, mövcud hal inzibatçılığın düzgün təşkil edilməməsi səbəbindən dövlət dəstəyinin nəticəliliyinin qiymətləndirilməsini məhdudlaşdırıb.
Hüquqi şəxslər tərəfindən 769534,3 ton pambığın, 4150,4 ton ərzaqlıq buğdanın, 64082,7 ton tütünün və 106433,7 ton şəkər çuğundurunun təhvil alınması elektron alış aktları ilə rəsmiləşdirilməyib. Ümumilikdə 132,1 mln. manat məbləğində məhsul subsidiyası fiziki şəxslər (fermerlər) üzrə maliyyələşdirilib.
KTN tərəfindən “tapagro” satış portalı üzərindən əkin subsidiyasının təyinatı üzrə xərclənməsinə nəzarət olunduğu iddia olunsa da, toplanmış audit sübutları ilə həmin portal üzərindən faktiki olaraq fermerlərin mal alışlarına deyil, yalnız pul vəsaitlərinin fermer kartlarından təchizatçılara köçürülməsinə nəzarət olunduğu müəyyən edilib. Eyni zamanda dəyəri 2442,3 min manata bərabər olan istehsal vasitələrinin (toxum və mineral gübrələrin) fermerlərə təqdim edilməsinin qanunvericiliyə uyğun təsdiqlənməməsinə baxmayaraq 39
hüquqi şəxs (fermer) üzrə elektron qaimə-fakturalarla rəsmiləşdirilmədən ümumilikdə 18835,1 min manat məbləğində əkin subsidiyasından da istifadə olunduğu aşkarlanıb.
Bu məsələ ilə bağlı bir sıra materiallar Baş Prokurorluğuna təqdim edilib
2020-2024-cü illərdə arpa bitkisi üzrə istehsal həcmlərinə, məhsuldarlığa və özünütəminetmə səviyyəsinə dair göstəricilərin ümumilikdə müsbət xarakterizə olunduğu şəraitdə sonuncu hesabat ilində müəyyən mənfi meyllərin müşahidə olunması, o cümlədən 2023-cü illə müqayisədə 2024-cü ildə məhsuldarlığın 2,0%, özünütəminetmənin isə 1,2 faiz bəndi geriləməsi növbəti hesabat illəri üçün əkin subsidiyasının nəticəliliyində yarana biləcək risk amili kimi dəyərləndirilmələrin aparılmasını, o cümlədən subsidiya meyarlarının daha da
dəqiqləşməsini zəruri edib.