BAKI, 21 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən deyib.

“Yeni Konstitusiyanın mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olub-olmaması ilə bağlı çoxsaylı müzakirələr gedir, bundan xəbərdaram. Bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə bildirmişəm, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunun izahı nədir? Çox sadə əsaslandırması var. Bundan əvvəl də dəfələrlə “Qarabağ hərəkatı”nın davam etməməsinin vacibliyi barədə danışmışam. Əgər bu gün yeni Konstitusiya qəbul etsək və bu Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, “Qarabağ hərəkatı”nı davam etdirdiyimiz deməkdir. Əgər “Qarabağ hərəkatı”nı davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatmağımız deməkdir, əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, sülhün mümkün olmadığı deməkdir”, - o bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı əraziləri yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bu məqamın Konstitusiyadan çıxarılmasını tələb edib. Ermənistan hökuməti məsələni Konstitusiya dəyişikliyinə dair referendumla həll etməyə çalışır.