BAKI, 22 aprel. TELEQRAF
İranın Tunisdəki səfiri Mir Məsud Hüseyniyan ABŞ-ın danışıqlar zamanı Hörmüz boğazının idarə olunmasında iştirak etmək istədiyini bildirib.
Teleqraf xəbər verir ki, diplomat qeyd edib ki, İslamabadda keçirilən danışıqların ilk mərhələsində Vaşinqton bir sıra tələblər irəli sürüb. Bu tələblər arasında ABŞ-nin zənginləşdirilmiş uranın ona verilməsini istəməsi də yer alıb.
Onun sözlərinə görə, danışıqların bəzi məqamlarında tərəflərin mövqeləri yaxın olsa da, qeyd olunan tələblər ciddi fikir ayrılığı yaradıb.
Səfir vurğulayıb ki, ABŞ Hörmüz boğazının idarə olunmasında Omanın əvəzinə birbaşa iştirak etmək istəyib. Lakin Tehran bu tələbi rədd edib.
Diplomat əlavə edib ki, Hörmüz boğazı İran və Oman ərazi sularında yerləşir və ABŞ-nin onun idarə olunması ilə bağlı hüququ yoxdur.