BAKI, 22 aprel. TELEQRAF
Pakistanın baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla bağlı atəşkəs rejiminin uzadılmasına görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, Şərif bildirib ki, İslamabad Vaşinqtonla Tehran arasında münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.
Pakistan hökumət başçısı qeyd edib ki, ölkəsi diplomatik proseslərin davam etməsi üçün atəşkəsin uzadılmasını vacib hesab edir və tərəflərin bu rejimə əməl edəcəyinə ümid edir.
O, həmçinin vurğulayıb ki, İslamabadda planlaşdırılan danışıqların növbəti mərhələsində tərəflər arasında hərtərəfli sülh razılaşmasının əldə olunacağına ümid edir.