BAKI, 22 aprel. TELEQRAF
İran ABŞ tərəfindən birtərəfli qaydada elan olunan atəşkəs rejimini tanımadığını bəyan edib.
Teleqraf xəbər verir ki, İran dövlət televiziyası bildirib ki, Tehran Vaşinqtonun bu qərarını qəbul etmir və ona əməl etmək öhdəliyi daşımır.
Açıqlamada qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs İran üçün hüquqi qüvvəyə malik deyil və ölkə öz milli maraqlarına uyğun hərəkət edəcək.
Bildirilib ki, İran tərəfi bu qərara riayət etməmək hüququna malik olduğunu vurğulayır və gələcək addımlarını da bu prinsip əsasında müəyyənləşdirəcək.