BAKI, 22 aprel. TELEQRAF

İranda ABŞ-nin elan etdiyi atəşkəs rejiminin uzadılması şübhə ilə qarşılanır və bunun Vaşinqtona yeni hərbi addımlar üçün vaxt qazandırdığı düşünülür.

Teleqraf xəbər verir ki, İran parlamentinin müşavirinin müşaviri Məhdi Məhəmmədi bildirib ki, atəşkəsin uzadılması əslində taktiki gedişdir.

Onun sözlərinə görə, Vaşinqton bu addımla gözlənilməz zərbə üçün hazırlıq görmək istəyir.

“ABŞ məğlub tərəf kimi şərt diktə edə bilməz”, - deyə o vurğulayıb.

Məhəmmədi əlavə edib ki, İran limanlarına tətbiq edilən blokadanın davam etməsi faktiki olaraq bombardmanlarla eyni məna daşıyır və buna hərbi cavab verilməlidir.

O, həmçinin qeyd edib ki, atəşkəsin uzadılması ABŞ-yə vaxt qazandırmaq məqsədi daşıyan bir “tələ”dir.