BAKI, 20 aprel. TELEQRAF
“Avropa İttifaqı müxalif “Tisa” Partiyasının sədri Peter Madyarı Macarıstan parlament seçkilərində qələbə münasibətilə təbrik edərkən, “Gürcü Arzusu” Partiyasının qələbəsinə “antidemokratiya” donu geyindirməyə çalışmışdı”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Avropa İttifaqı Macarıstanda müxalifət liderinin seçkilərdə qələbə münasibətilə təbrik edib. Əlbəttə, biz də təbrik edirik, amma onu da xatırlayırıq ki, bizdə də belə olanda Brüssel və muzdlu qrupları necə isterikaya düşmüşdülər, guya koalisiya hökuməti olmadan demokratiya olmayacaq, bir partiyanın konstitusion çoxluq qazanması antidemokratikdir və sair. Amma Macarıstan müxalifətini birpartiyalı konstitusion çoxluq qazanmasını yaxşı-yaxşı təbrik etdilər. Buradan çıxış edərək deyə bilərik ki, pisniyyətli əllərin ölkəmizin demokratik inkişafına müdaxiləsi məsələsinin bu səhifəsini də çevirə bilərik.
Brüssel təsdiqlədi ki, əsas olan xalqın necə seçməsidir, əgər xalqın seçimi belədirsə, hamı bunu qəbul etməlidir. Brüssel yenə də öz addımı ilə özünü məğlub elədi. Brüssel gürcülər tərəfindən məğlub edilib, çünki xoruz banlamazdan əvvəl inkar etməyə başlamışdılar ki, guya bir partiyanın qələbəsi pisdir, antidemokratikdir”, - spiker bildirib.