BAKI, 21 aprel. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat verib.
Sanksiya siyahısına əlavə edilənlər arasında səkkiz İran vətəndaşı, eləcə də həmin ölkədən, BƏƏ-dən və Türkiyədən dörd şirkət var. Bundan əlavə, İranın Mahan Air aviaşirkətinə məxsus iki Boeing 777-200ER təyyarəsi ABŞ Maliyyə Nazirliyinin "qara siyahı"sına əlavə edilib.