BAKI, 21 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlıq gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Xüsusilə, əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə proqramların effektiv şəkildə həyata keçirilməsinə toxunublar.
Görüşdə regional təhlükəsizlik, mövcud çətinliklər, sülh və sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb.
Kevin Hamilton qeyd edib ki, NATO Ermənistanla tərəfdaşlığına önəm verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.