BAKI, 21 aprel. TELEQRAF

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin istəmədiyi bir müharibədə olduğunu, mövcud böhranın yalnız diplomatiya yolu ilə həll edilə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, hərbi məsələlərdə yeganə səlahiyyətli orqanın dövlət olması prinsipinə sadiq qaldıqlarını vurğulayıb.

"Livan istəmədiyi bir müharibədədir" deyən Salam həllin yalnız suverenliyin qorunması və ərazi bütövlüyünün bərpası ilə mümkün olacağını söyləyib.

"Diplomatiya zəiflik əlaməti deyil, milli məsuliyyət zərurətidir. Əsas məqsədimiz İsrailin davam edən işğalına son qoymaq, məhbusları azad etmək və məcburi köçkünlərin geri qayıtmasını təmin etməkdir" - N.Salam qeyd edib.

O, Livanda silah satışını dövlət inhisarına almaqda qərarlı olduqlarını bildirib.

Selam Beyrutun "silahsızlaşdırılmış zona" elan edilməsi planının həyata keçirilməyə başlandığını və Hizbullahın hərbi fəaliyyətinin qadağan edildiyini qeyd edib.

Selam bildirib ki, bir aydan az müddətdə 1 milyondan çox insan didərgin düşüb, təxminən 40 min ev zədələnib və ya dağılıb və Dünya Bankı İsrail hücumlarının vurduğu ziyanı ən azı 1,4 milyard dollar qiymətləndirir.