BAKI, 21 aprel. TELEQRAF
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxardığına dair açıqlamasının həqiqəti əks etdirmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
İran məhkəmə sistemi iddia edir ki, ABŞ prezidenti yalan məlumatlara istinad edərək İranda səkkiz qadının edam cəzasına məhkum edildiyini iddia edib: "Belə bir hökm çıxarılmayıb".
Bundan əvvəl Amerika lideri "Truth Social" səhifəsində İran hakimiyyətini edam cəzasına məhkum edildiyi iddia edilən səkkiz qadını azad etməyə çağırmışdı.