BAKI, 22 aprel. TELEQRAF

ABŞ İrana qarşı maksimum iqtisadi təzyiq siyasətini davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton “İqtisadi qəzəb” adlı əməliyyat çərçivəsində Tehrann maliyyə imkanlarını sistemli şəkildə zəiflətməyi hədəfləyir.

Onun sözlərinə görə, məqsəd İranın maliyyə resurslarının yaradılması, hərəkəti və geri qaytarılması imkanlarını məhdudlaşdırmaqdır. Bessent vurğulayıb ki, gizli ticarət və maliyyə əməliyyatları vasitəsilə bu proseslərə dəstək verən şəxslər və ya gəmilər ABŞ sanksiyalarına məruz qala bilər.

Nazir qeyd edib ki, bu siyasət İran hakimiyyətinin maliyyə dayaqlarını zəiflətməyə yönəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun hərbi əməliyyatlarla yanaşı, iqtisadi təzyiqi də gücləndirdiyini bildirmişdi.