BAKI, 21 aprel. TELEQRAF

“Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyalarının tikintisi layihəsi üzrə layihə-smeta sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekspertizasından keçirilməsi təmin edilsə də, layihənin icrası prosesində ümumi norma həddi gözlənilməklə toplu smetada nəzərdə tutulmayan işlər icra edilib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı audit sənədində qeyd edilib.

Bildirilir ki, xərclər üçün planlaşdırılmış məbləğin bütövlükdə tikinti-quraşdırma işləri üzrə satınalma müqaviləsinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi əlavə işlərin icrasına şərait yaradıb.

“Şayıflı”, “Sarıqışlaq”, Zəngilan”, “Cahangirbəyli”, “Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları üzrə satınalma prosesində smetada nəzərdə tutulmayan işlərin əlavə edilməsi layihənin dəyərinə təsir göstərib. Bəzi hallarda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin və tikinti normativlərinin tələbləri gözlənilməyib.