BAKI, 20 aprel. TELEQRAF
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan müxalifət partiyaları tərəfindən seçki rüşvəti təklif edilən bütün vətəndaşları ona yazmağa və bu barədə məlumat verməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.
“Əgər Robert Köçəryan, Qaqik Sarukyan və ya Samvel Karapetyanın komanda yoldaşları sizə və ya başqasına rüşvət təklif etsələr, yaxud bu barədə məlumatınız varsa, mənə yazmağınızı xahiş edirəm. Mən hüquq-mühafizə orqanlarına anonimlik prinsipi ilə bu barədə məlumat verəcəyimə zəmanət verirəm.
Seçki rüşvəti paylayanlar uzun illər həbsdə yatmalıdırlar”, - vitse-spiker vurğulayıb.
Xatırladaq ki, rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının 6 üzvü barəsində rüşvət vermək ittihamı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.