Bu ilin mart ayının 2-də hərbi eskalasiyanın başlamasından bəri İsrail hücumları nəticəsində ölən livanlıların sayı 2400 nəfəri keçib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, hücumlar zamanı yaralıların sayı da artaraq 7658-ə çatıb.

Ölkə ərazisində məcburi köçkünlərin ümumi sayı 118.000-i keçib.