BAKI, 21 aprel. TELEQRAF
Rusiya mediasında Ermənistan Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanla bağlı yayılan məlumat təkzib edilib.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Ermənistan rəsmisi yayılan məlumatların yalan olduğunu və reallıqla heç bir əlaqəsinin olmadığını iddia edib.
“Bu, ölkənin Baş naziri və ailə üzvlərinə qarşı növbəti dezinformasiya kampaniyasıdır”, - Baqdasaryan vurğulayıb.
Rusiyanın bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Mariam Paşinyanın Ermənistanın büdcəsini qanunsuz ailə biznesi üçün istismar etdiyi bildirilir.