BAKI, 22 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejiminin və dəniz blokadasının davam etdirilməsi barədə qərar verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bildirib ki, bu rejim Tehran tərəfindən münaqişənin tənzimlənməsi üzrə “vahid təklif” təqdim edilənədək qüvvədə qalacaq. ABŞ lideri müvafiq açıqlamanı "Truth Social" hesabında paylaşıb.
Onun sözlərinə görə, Pakistan rəhbərliyi ABŞ-dən atəşkəs rejiminin uzadılmasını xahiş edib. Bu xahiş Tehran vahid mövqe formalaşdırana qədər qüvvədə qalması məqsədini daşıyır.
“Buna görə də silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda bütün digər istiqamətlərdə hazır vəziyyətdə qalmaq barədə göstəriş verdim. Onların təklifi təqdim olunana və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadıram”, – deyə Tramp qeyd edib.