BAKI, 21 aprel. TELEQRAF

“Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Suverenliyimiz də daxil olmaqla hər şeyimizi satıblar, onların daim müharibəyə ehtiyacları var”, - o bildirib.

Stepanyanın fikrincə, Ermənistanda rusiyapərəst siyasi düşərgədəki səs-küy İrəvanın doğru yolda olduğunu göstərir: “Onlar son döyüşə giriblər. Biz daim oturub Qarabağ haqqında xəyallar qura bilmərik. Nə qədər çox xəyal qursaq, bir o qədər çox itirəcəyik”.

Ekspert əlavə edib ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəlməsəydi, bu gün Ermənistan ümumiyyətlə mövcud olmayacaqdı.