BAKI, 21 aprel. TELEQRAF

Aprelin 20-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər bu yaxınlarda Moskvada keçirilən Rusiya-Ermənistan yüksək səviyyəli danışıqlarının nəticələrindən irəli gələn ikitərəfli münasibətlərin gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər.

Görüşün diqqət mərkəzində aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaların icrası prosesi dayanıb.