BAKI, 22 aprel. TELEQRAF
İngiltərə Premyer Liqasının 33-cü turunda Brayton öz meydanında Çelsini 3:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, qarşılaşmada qolları 3-cü dəqiqədə Ferdi Kadıoğlu, 56-cı dəqiqədə Cek Hinşelvud və əlavə olunmuş vaxtda Denni Uelbek vurublar.
Beləliklə, “Çelsi” İngiltərə çempionatında ardıcıl 5-ci məğlubiyyətini alıb və bu oyunlarda qol vura bilməyib. London klubu 48 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
“Brayton” isə xallarını 50-yə çatdıraraq 6-cı sıraya yüksəlib və “Çelsi”ni qabaqlayıb.
Növbəti turda “Brayton” səfərdə Nyukasl ilə üz-üzə gələcək. “Çelsi” isə doğma meydanda Nottingem Forest komandasını qəbul edəcək.