BAKI, 22 aprel. TELEQRAF

Milli Müdafiə Nazirliyi (MSB) Quru Qoşunlarının Aviasiya Komandanlığı tərkibinə aid CH-47 tipli ağır yükdaşıyan helikopterin təlim uçuşu zamanı qəzaya uğradığını açıqlayıb.

Teleqraf xəbər verir ki, hadisə Ankara şəhərinin Temelli bölgəsində qeydə alınıb. Nazirliyin yaydığı yazılı açıqlamada bildirilib ki, helikopter hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.

Açıqlamada qeyd olunub ki, hadisə zamanı helikopterdə olan şəxsi heyət arasında hər hansı xəsarət alan yoxdur.

Hadisənin səbəblərinin aparılacaq geniş araşdırmadan sonra müəyyən ediləcəyi bildirilib.