BAKI, 21 aprel. TELEQRAF
“Gürcüstan xalqını dəstəkləyirik, amma yanlış istiqamətdə gedən Gürcüstan hökumətini yox”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl deyib.
“Gürcüstandakı cari hadisələri müzakirə edirik. Bu məsələyə yanaşmamız çox qətidir. Gürcü xalqını dəstəkləyirik, amma yanlış istiqamətdə gedən Gürcüstan hökumətini yox”.
Gürcüstan hökumətinə gəlincə, açıq şəkildə bəyan etmişik ki, bu yol - müxalifətə qarşı repressiya, mediaya məhdudiyyətlər və qəbul edilmiş qanunlar bizim üçün qəbuledilməzdir. Buna görə də orada real irəliləyiş görməliyik”, - Kallas vurğulayıb.