BAKI, 20 aprel. TELEQRAF

“KTMT ümid edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda etibarlı və davamlı sülhə gətirib çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu KTMT baş katibi Talatbek Masadıkov deyib.

“Kollektiv təhlükəsizlik baxımından Qafqaz regionundakı vəziyyəti diqqətdə saxlayırıq. Bölgədə davamlı sülh və sabitlik axtarışı davam edir. İki ölkə arasında hərtərəfli dövlətlərarası sülh müqaviləsinin imzalanmasına yönəlmiş ümidverici tendensiyaları müşahidə edirik. İnanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda davamlı sülh və sabitliyə aparan etibarlı yoldur”, - o qeyd edib