
BAKI, 12 aprel. TELEQRAF
Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə tərəflər iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra nizamlanma prosesində mövcud vəziyyəti müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər.