
TBİLİSİ, 12 aprel. TELEQRAF
“Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkələrimiz arasında möhkəm və böyüyən strateji tərəfdaşlığı bir daha təsdiqlədim”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında yazıb.
O bildirib ki, görüşdə Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın inkşafındakı müsbət dinamika, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri bir daha vurğulanıb.
“Biz, həmçinin regionda sülhün və sabitliyin təmin edilməsi üçün birgə səylərin zəruriliyini vurğuladıq”, - İ.Kobaxidze yazıb.