TBİLİSİ, 12 aprel. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Tərəflər Gürcüstan və Macarıstan arasında dostluq münasibətlərini və müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə ediblər.

Görüşdə, həmçinin Gürcüstanın avrointeqrasiya prosesində üzləşdiyi çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb.