
TBİLİSİ, 12 aprel. TELEQRAF
ATƏT-in 37 iştirakçı dövləti Gürcüstanla bağlı birgə bəyanat qəbul edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunub.
Bəyanatda bildirilib ki, Gürcüstan demokratiya və insan haqları sahəsində öhdəliklərindən uzaqlaşmaqda davam edir.
Sənəddə Gürcüstanda qəbul edilmiş “Xarici agentlər” haqqında qanun tənqid olunub, dinc nümayişçilərin və jurnalistlərin saxlanılmasından narahatlıq ifadə edilib.
ATƏT ölkələri Gürcüstanda bütün siyasi partiyaların, vətəndaş cəmiyyəti və beynəlxalq institutların iştirakı ilə inklüziv dialoqun zəruriliyini vurğulayıblar.
Bəyanata Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlyandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rumıniya, Sloveniya, İspaniya, İsçev, İsveçrə, Böyük Britaniya, Ukrayna və Almaniya qoşulub.