
TBİLİSİ, 11 aprel. TELEQRAF
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi Anri Oxanaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-dən bildirilib.
Tərəflər Gürcüstan və Azərbaycanın təhlükəsizlik sahəsində əsas əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüşdə bölgədə təhlükəsizlik sahəsindəki vəziyyət, həmçinin hər iki ölkənin üzləşdiyi çağırışlar da nəzərdən keçirilib. DTX rəisi və Azərbaycan səfiri iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
F.Quliyev A.Oxanaşvilini DTX-nin rəisi vəzifəsinə təyinatı müasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə DTX rəisinin birinci müavini İrakli Beraya da iştirak edib.
Qeyd edək ki, A.Oxanaşvilinin DTX-nin rəisi vəzifəsinə təyinatı aprelin 4-də təsdiqlənib. O, bu vəzifədə Qriqol Liluaşvilini əvəzləyib.