
TBİLİSİ, 11 aprel. TELEQRAF
“Təəssüflər olsun ki, Avropa Parlamenti və AŞPA Gürcüstana qarşı çox ədalətsiz davranırlar. Mən onları gürcü xalqının azad seçiminə hörmətlə yanaşmağa çağırıram”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə ilə Gürcüstan arasında çox yaxşı ikitərəfli münasibətlərin olduğunu bildirib.
“Bizi çox yaxşı siyasi və iqtisadi əlaqələr bağlayır. Biz lap əvvəldən Gürcüstanın avroatlantik istəklərini dəstəkləmişik. Gürcüstan və Türkiyə namizəd ölkələr olaraq bütün beynəlxalq platformalarda bir-birinə dəstək nümayiş etdirir. Biz bunu Türkiyə nümayəndə heyətinə başçılıq etdiyim NATO Parlament Assambleyasında da edirik”, - M.Çavuşoğlu söyləyib.