TBİLİSİ, 11 aprel. TELEQRAF

“Türkiyədə olmaq hər zaman çox xoşdur. Türkiyə Gürcüstanın yalnız qonşusu deyil, etibarlı dostu və strateji tərəfdaşıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

O, Türkiyəyə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və forumda iştirakdan məmnunluğunu ifadə edib.