TBİLİSİ, 11 aprel. TELEQRAF

“Gürcüstanın xarici siyasətinin əsas prioriteti Avropa İttifaqının üzvü olmaqdır. Biz bununla bağlı bəzi çağırışlarla üzləşirik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumundakı panel müzakirəsində deyib.

O bildirib ki, Gürcüstan regionda, xüsusən də Ukraynada sülhün bərpasından sonra Aİ-yə inteqrasiyanın daha da intensivləşəcəyinə ümid edir.

“Biz bu anı gözləyirik. Ümid edirik ki, bununla bağlı müsbət irəliləyişlər olacaq. Sülh inkişaf və əməkdaşlıq üçün həlledicidir. Hər kəs sülhün möhkəmləndirilməsinə fokuslanmalıdır. Çox şadıq ki, sülhpərvər ölkə olan Türkiyə ilə birgə bunu həyata keçiririk. Biz bundan sonra da sülh baxışlarımızın təşviqini davam etdirəcəyik və ölkəmizin inkişafına, xüsusən də iqtisadi tərəqqisinə diqqət yetirəcəyik”, - İ.Kobaxidze söyləyib.