TBİLİSİ, 11 aprel. TELEQRAF

“Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində hər zaman çox müsbət rol oynayıb. Hesab edirəm ki, bütün qonşu ölkələrimiz Gürcüstanın bölgədə əməkdaşlığın dərinləşdirilməsi və sülhün möhkəmləndirilməsindəki müsbət rolunu dəyərləndirirlər”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumundakı panel müzakirəsində deyib.

Hökumət başçısı çıxışında Gürcüstan-Rusiya münasibətlərinə də toxunub.

“Ərazilərimizin təqribən 20 faizi Rusiya tərəfindən işğal olunub. Hətta belə bir vəziyyətdə biz proqmatik baxışla yanaşırıq. Bizim Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur, lakin ticari-iqtisadi tərəfdaşlıq saxlanılır”, - İ.Kobaxidze söyləyib.