BAKI, 11 aprel. TELEQRAF
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar vəzifəsindən azad edilib.
Teleqraf-ın xəbərinə görə, bunu onun özü bildirib.
A.Attar xatırladıb ki, 2021-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə təyin olunub:
“Cənab Ərdoğan tərəfindən təyin olunduğum Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü kimi vəzifəmi başa vurdum”.
Qeyd edək ki, dünən Türkiyənin "Rəsmi qəzet"ində Prezident yanında 10 daimi Şuraya 140 üzv təyin olunması haqqında xəbər dərc edilib. Xarici Siyasət Şurasının yeni üzvlərinin siyahısında Aygün Attar yer almayıb.
Tarixçi alim Aygün Attar Qubadlıda doğulub, Bakı Dövlət Universitetini bitirib. 1990-cı illərdən Türkiyədə elmi fəaliyyətlə məşğul olan alim 2012-2016-cı illərdə Giresun Universitetinin rektoru vəzifəsində çalışıb. A.Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvüdür.