TBİLİSİ, 10 aprel. TELEQRAF

“Azərbaycan Gürcüstanın çox sadiq dostudur”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili yerli mediaya açıqlamasında deyib.

O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mesaj verdiyini bildirib.

“Azərbaycanın dövlət başçısı bildirdi ki, Gürcüstana qarşı ədalətsiz münasibət ola bilməz, coğrafi baxımdan Orta Dəhliz layihəsinin Gürcüstanın iştirakı olmadan həyata keçirilməsi mümkün deyil. Ursula Fon der Leyen və digər bürokratlar Gürcüstanla əlaqələri nizama salmaq isəyirlərsə, qanuni yolla seçilmiş hakimiyyətlə danışıqlar aparmalıdırlar”, - komitə sədri söyləyib.