TBİLİSİ, 10 aprel. TELEQRAF

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul olunub.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, sənəd 89 səslə təsdiqlənib.

AŞPA üzvlərinin 3-ü sənədin əleyhinə olub, 5-i isə səsvermədə iştirak etməyib.

Qətnamədə bildirilib ki, AŞPA Gürcüstan nümayəndə heyətinin təşkilatdakı fəaliyyətini dayandırmasından dərin təəssüf hissi keçirir.

Qeyd olunub ki, səlahiyyətləri tanınmış nümayəndə heyətinin assambleyanın işində iştirakı seçim deyil, öhdəlikdir.

Sənəddə Gürcüstanda vəziyyətin pisləşdiyi vurğulanıb.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti bu ilin yanvarın 29-da AŞPA-dakı fəaliyyətini dayandırıb. Buna qurumda qəbul olunan qətnamədə Gürcüstanla bağlı yer alan şərtlər səbəb olub.