TBİLİSİ, 10 aprel. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 11-13 aprel tarixində keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Məlumata əsasən, baş nazir foruma xarici işlər naziri Maka Boçorişvili ilə birgə qatılacaq.
Qeyd edək ki, IV Antalya Diplomatiya Forumunda “Müxtəlifləşən dünyada diplomatiyanı sahiblənmək” mövzusu müzakirə olunacaq.